5 dekabr 2025. Cümə

"Liverpul" yeni müdafiəçi tapıb


  • Transfer
  • 23:41 03.10.2025
  • Oxunma sayı: 160
"Liverpul" yeni müdafiəçi tapıb

 “Liverpul” klubu mərkəz müdafiəçisi axtarışlarını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisi “Kristal Pelas”ın futbolçusu Maksans Lakruanın xidmətində maraqlıdır.

İngiltərə klubunun məqsədi yayda keçidi alınmayan Mark Qehi üçün alternativ tapmaqdır. 

“Liverpul” Qehi ilə müqavilə bağlamağa əmin deyil. Eyni zamanda, klubun skautları Lakruanın futbol bacarıqlarını yüksək qiymətləndirir və onu “müdafiəçilərin dünyasında Rolls Royce” kimi xarakterizə edirlər.

Lakrua və Qehi hazırda eyni komandada çıxış edirlər.

Cari mövsümdə Lakrua bütün turnirlər üzrə 11 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Transfermarkt məlumatına görə, onun bazar qiyməti 25 milyon avro qiymətləndirilir.







Transfer