30 iyun 2026. Çərşənbə axşamı

Xabi Alonso “Real” üçün yeni ulduz seçib


  • Transfer
  • 23:59 03.10.2025
  • Oxunma sayı: 236
Xabi Alonso “Real” üçün yeni ulduz seçib

“Real”ın baş məşqçisi Xabi Alonso komanda üçün yeni transfer hədəfini müəyyənləşdirib.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis “Bavariya”nın vingeri Maykl Oliseni heyətində görmək istəyir.

Mənbəyə görə, Alonso Olisenin Vinisius Junior və Kilian Mbappe ilə birgə “Real”ın elit hücum triosunu tamamlayacağına inanır. Lakin “Bavariya” ilə danışıqlar asan olmayacaq. Münhen təmsilçisinin futbolçunu 100 milyon avrodan ucuz satmaq niyyətində olmadığı bildirilir.

Xəbərdə o da qeyd olunur ki, Olise transfer olunacağı təqdirdə, “Real”dan Rodriqo və Brahim Dias ayrılmaq ehtimalı var.

Xatırladaq ki, 23 yaşlı fransalı futbolçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Olise son vaxtlar Avropanın digər nəhəng klubları ilə də əlaqələndirilir.







Transfer