10 noyabr 2025. Bazar ertəsi

Erik ten Haq “Ayaks”a qayıda bilər


  • Transfer
  • 14:50 05.10.2025
  • Oxunma sayı: 141
Erik ten Haq “Ayaks”a qayıda bilər

“Bayer”in sabiq baş məşqçisi Erik ten Haq yenidən “Ayaks”ın sükanı arxasına keçə bilər.

 90deqiqe.Az “De Telegraaf”a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis hazırda komandaya rəhbərlik edən Con Heytinqanın potensial əvəzləyicisi kimi nəzərdən keçirilir. Heytinqanın rəhbərliyi altında “Ayaks”ın çıxışı azarkeşləri razı salmır – Niderland çempionatının yeddi turundan sonra Amsterdam təmsilçisi üçüncü pillədə qərarlaşıb.

Komandanın Çempionlar Liqasındakı startı da uğursuz alınıb – “İnter”ə (0:2) və “Marsel”ə (0:4) məğlubiyyətlər qeydə alınıb.

Ten Haq “Bayer”də cəmi üç rəsmi oyundan sonra istefaya göndərilmişdi və hazırda işsizdir. Qeyd edək ki, o, 2017–2022-ci illər arasında “Ayaks”a rəhbərlik edib və klubla bir neçə dəfə Niderland çempionu olub.







Transfer

Konate Bundesliqaya qayıda bilər
  • Transfer
  • 15:48 08.11.2025
Konate Bundesliqaya qayıda bilər