- Transfer
- 23:58 14.04.2026
“Tottenhem” klubu ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Covani Lo Çelso Argentina millisinin Çili ilə keçirdiyi yoxlama oyununda (0:0) zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı argentinalı yarımmüdafiəçinin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, “Tottenhem” Lo Çelsonu bu yay “Betis”dən icarəyə götürüb.