- Transfer
- 12:47 04.12.2025
Səudiyyə Ərəbistanının klubları yanvar transfer pəncərəsində “Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeşi yenidən almağa çalışa bilər.
90deqiqe.Az “Manchester Evening News”a istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan klub 31 yaşlı futbolçuya həftəlik 700 min funt sterlinq (illik 33,6 milyon funt) maaş təklif etməyə hazırdırlar ki, bu da onun hazırkı maaşından iki dəfədən çoxdur.
Yay transfer pəncərəsində “qırmızı şeytanlar” Səudiyyənin “Əl-Hilal” klubunun Brunu Fernandeş üçün 100 milyon funtluk təklifini geri çevirmişdi.
Fernandeş 2020-ci ilin qışından bəri “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində 298 matça çıxan portuqaliyalı yarımmüdafiəçi 100 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 50 milyon avrodur.