- Transfer
- 12:47 04.12.2025
“Tottenhem”in baş məşqçisi Tomas Frank “Brentford” müdafiəçisi Nathan Kollinsin “Liverpul”a transfer olunmasının qarşısını almağa hazırlaşır.
90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, Frank “Brentford”dakı keçmiş əlaqələrindən istifadə edərək 24 yaşlı irlandiyalı futbolçunu “Liverpul”dan öz komandasına cəlb etməyi planlaşdırır. Mersisayd klubu Kollinsə aktiv maraq göstərir, lakin indi “Tottenhem” də müdafiəçi uğrunda mübarizəyə qoşulub.
Cari mövsümdə Nathan Kollins bütün turnirlərdə 8 oyunda meydana çıxıb, lakin qol və məhsuldar ötürmə göstərə bilməyib. Transfermarkt portalının qiymətləndirməsinə görə, müdafiəçinin bazar dəyəri 28 milyon avrodur.