5 dekabr 2025. Cümə

“Bavariya” “Arsenal”ın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 16:36 05.10.2025
  • Oxunma sayı: 144
“Bavariya” “Arsenal”ın müdafiəçisini transfer etmək istəyir

“Arsenal”ın sağ cinah müdafiəçisi Yurijen Timber karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirə bilər.

 90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, Mühen klubu futbolçunun xidmətində maraqlıdır və artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Eyni zamanda futbolçuya digər top-klub da maraq göstərir, lakin onun adı açıqlanmır.

Niderlandlı futbolçunun Münhen klubuna keçməsi ehtimalı çox azdır, çünki Timber karyerasını “kanonirlər”də davam etdirmək istəyir.

“Arsenal” isə 2028-ci ilin yayına qədər müqaviləsi başa çatacaq müdafiəçi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Yurijen Timber 2023-cü ilin yayından bəri London komandasının heyətində çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 60 oyunda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 55 milyon avrodur.







Transfer