- Transfer
- 12:47 04.12.2025
“Liverpul”un hücum yarımmüdafiəçisi Florian Virts Madrid “Real”ının maraq dairəsinə düşüb.
90deqiqe.Az “Defensa Central”a istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Xabi Alonso şəxsi göstərişi ilə klubun idman bölməsinə Virtsin vəziyyətini diqqətdə saxlamağı tapşırıb. Almaniyalı futbolçu “Liverpul”da oyun vaxtından narazıdır.
“Real” 22 yaşlı oyunçunu gələn yay sərfəli qiymətə transfer etməyi planlaşdırır. Qeyd edək ki, yay transfer pəncərəsində “Liverpul” Virtsi “Bayer”dən 125 milyon avroya almışdı. Cari mövsümdə Virts Mersisayd klubunda bütün turnirlərdə 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Həmçinin, yarımmüdafiəçinin bu mövsümdə yalnız 1 tam oyun keçirib.