5 dekabr 2025. Cümə

“Barselona” kamerunlu futbolçunu transfer etmək istəyir


  • Transfer
  • 17:08 05.10.2025
  • Oxunma sayı: 121
“Barselona” kamerunlu futbolçunu transfer etmək istəyir

“Levante”nin hücumçusu Etta Eyonq “Barselona”ya keçə bilər.

90deqiqe.Az "Defensa Central”a istinadən xəbər verir ki, “mavi-bordo” klubu 21 yaşlı futbolçunu cari mövsüm başlamazdan əvvəl “Vilyarreal”dan almağa çalışıb, lakin maliyyə çətinlikləri buna imkan verməyib.

Buna baxmayaraq, “Barselona” hələ də Eyonqu transfer etməkdə maraqlıdır və artıq futbolçunun agenti ilə danışıqlara başlayıb. Onun “Levante” ilə müqaviləsində çıxış haqqı 30 milyon avrodur.

Cari mövsümdə hücumçu La Liqada 8 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Hazırda o, Kamerununun Vinisiusla birlikdə çempionatın bombardirlər siyahısında üçüncü pilləni bölüşür.







Transfer