5 dekabr 2025. Cümə

Xavi “Mançester Yunayted”in baş məşqçisi olmaq istəyir


  • Transfer
  • 17:27 05.10.2025
  • Oxunma sayı: 105
Xavi “Mançester Yunayted”in baş məşqçisi olmaq istəyir

“Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərənin “Mançester Yunayted” klubunun sükanı arxasına keçmək niyyətindədir.

90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, ispan çalışdırıcı agentlərinə Səudiyyə Ərəbistanından gələn bütün təklifləri rədd etməyi tapşırıb. Təcrübəli mütəxəssis “Mançester Yunayted”i yenidən gücləndirməyi hədəfləyir və buna görə də İngiltərə klubundan rəsmi təklif gözləyir.

Qeyd edək ki, Xavi 2021–2024-cü illərdə “Barselona”nı çalışdırıb və həmin vaxtdan bəri iş axtarışındadır. Hal-hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 7 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.







Transfer