5 dekabr 2025. Cümə

Adeyemi “Barselona”nın transfer hədəfində


  • Transfer
  • 17:53 05.10.2025
  • Oxunma sayı: 118
Adeyemi “Barselona”nın transfer hədəfində

Dortmund “Borussiya”sının cinah hücumçusu Kərim Adeyemi İspaniyanın “Barselona” klubu tərəfindən maraq dairəsinə düşüb.

90deqiqe.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi qış transfer pəncərəsində alman futbolçunu transfer etməyi nəzərdən keçirir və artıq oyunçunun agenti ilə danışıqlara da başlayıb.

Tərəflər yeni müqavilə şərtlərində razılığa gələ bilməsələr, “arılar” futbolçunu itirməmək üçün onu satışa çıxarmağa hazırdırlar.

23 yaşlı futbolçu mövsümdə yüksək səviyyəli çıxış edir. Adeyemi hələ “Borussiya” ilə müqaviləsini yeniləməyib və hazırkı müqavilə 2027-ci ildə başa çatır.

Cari mövsümdə Adeyemi bütün turnirlərdə 8 oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer