- Transfer
- 12:47 04.12.2025
“Tottenhem” mövsümün sonunda “Bavariya”ya məxsus yarımmüdafiəçi Joau Palinyanın transfer hüquqlarını tam şəkildə almağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun müqaviləsində 30 milyon avroluq satınalma bəndi yer alır və London klubu onu aktivləşdirməyə hazırlaşır.
Portuqaliyalı bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlər nəzərə alınmaqla 11 oyunda meydana çıxıb və 3 qol vurub.
Xatırladaq ki, “Bavariya” yarımmüdafiəçini 2024-cü ilin yayında “Fulhem”dən 51 milyon avroya transfer etmişdi.