5 dekabr 2025. Cümə

“Barselona” Bernardu Silvanın transferini planlaşdırır


  • Transfer
  • 21:32 06.10.2025
  • Oxunma sayı: 124
“Barselona” Bernardu Silvanın transferini planlaşdırır

“Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az Caught Offside”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı futbolçunun xidmətində maraqlıdır və onu 2026-cı ilin yayında transfer etməyi planlaşdırır.

 Portuqaliya millisinin üzvü olan oyunçu ilə maraqlanan digər klublar arasında Səudiyyə Ərəbistanının “Əl-Əhli”, “Əl-Kadisiyə” və “Əl-Nəsr” komandaları da var.

“Barselona”nın idman direktoru Deko tərəfindən irəli sürülən yanaşma 31 yaşlı oyunçunu mövsümün sonunda azad agent kimi transfer etmək üzərinə qurulub. Deko artıq portuqaliyalı futbolçunun nümayəndələri ilə əlaqə qurmağa başlayıb.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ilin iyulundan bəri “Mançester Siti”də çıxış edir. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 38 milyon avrodur.







Transfer