- Transfer
- 12:47 04.12.2025
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını “Barselona"da davam etdirə bilər.
90deqiqe.Az "Fichajes”ə istinadən xəbər verir ki, futbolçunun xidmətində Kataloniya klubu maraqlıdır. Lakin argentinalı futbolçunun transferi La Liqa nəhənginə baha başa gələcək.
"Atletiko” Alvaresin “Barselona”ya keçməsini istəməsə də Madrid klubu bu transfer üçün yalnız 200 milyon avro veriləcəyi təqdirdə razılaşa bilər. “Atletiko”nun 200 milyon avro tələb etdiyi üçün transfer çətin görünür.
2025/2026 mövsümündə Julian Alvares 12 rəsmi oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. “Atletiko”ya keçməzdən əvvəl o, “Mançester Siti”də çıxış edirdi.