- Transfer
- 12:47 04.12.2025
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, “Çelsi” və “Arsenal” klubları hələ də futbolçunun xidmətində maraqlıdırlar. İngiltərə nəhəngləri yanvar transfer pəncərəsində futbolçunu heyətə cəlb etməyə cəhd göstərəcəklər.
Kataloniya klubu oyunçunu 30–35 milyon avro müqabilində satmağa hazırdır. Bildirilir ki, “Barselona” Kasadonun transferindən əldə olunacaq vəsaitlə maliyyə problemlərini həll etməyi planlaşdırır.
Yay transfer dönəmində də “Çelsi” və “Arsenal”ın gənc yarımmüdafiəçiyə maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.
Mark Kasado cari mövsümdə bütün turnirlər üzrə 7 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, Kasadonun bazar dəyəri €30 milyon təşkil edir.