- Transfer
- 12:47 04.12.2025
“Aston Villa”nın qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
90deqiqe.Az “TEAMtalk”a istinadən xəbər verir ki, “Mançester Yunayted” qış transfer pəncərəsində argentinalı qolkiperin transferini yenidən nəzərdən keçirə bilər.
“Qırmızı şeytanlar”ın təcrübəli qolkiperə marağının bərpası klubun hazırkı qapıçısı Senne Lammensin çıxışından asılı olacaq. Belçikalı qapıçı “Mançester Yunayted”ə ötən yay transfer olunub.
Yay aylarında mətbuatda mankunian klubun Martineslə maraqlandığı barədə xəbərlər dərc olunmuşdu. Cari mövsümdə argentinalı futbolçu İngiltərə Premyer Liqasında 5 oyunda meydana çıxıb və onlardan birində qapısını toxunulmaz saxlayıb.
Martinesin “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 20 milyon avro təşkil edir.