5 dekabr 2025. Cümə

Jordi Alba karyerasını başa vurur


  • Transfer
  • 21:36 07.10.2025
  • Oxunma sayı: 141
Jordi Alba karyerasını başa vurur

"İnter Mayami"də çıxış edən təcrübəli futbolçu Jordi Alba mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə,36 yaşlı futbolçu bu barədə öz sosial media hesablarından paylaşdığı videoda bildirib:

“Hamıya salam, həyatımda bir dövrü bağlamağın zamanı gəlib. Bu mövsümün sonunda peşəkar futbolçu kimi karyerama son qoymağa qərar verdim. Bunu tam inam, dolğunluq və xoşbəxtliklə edirəm. Bu yolda bütün tutqumu ortaya qoyduğumu hiss edirəm. İndi yeni bir mərhələyə başlamağın və əvvəlki dövrü ən yaxşı duyğularla bitirməyin vaxtıdır. Futbol mənə həqiqətən hər şeyi verdi.”

Jordi Alba uzun illər “Barselona” formasında çıxış etmiş, Lionel Messi və Sergio Busquetsdən sonra "İnter Mayami"yə qoşulub.

Qeyd edək ki, 37 yaşlı müdafiəçi Sergio Busquets də MLS mövsümünün sonunda karyerasını başa vuracağını açıqlamışdı.







Transfer