14 dekabr 2025. Bazar günü

Vlahoviç “Yuventus”u "Bavariya"ya dəyişir


  • Transfer
  • 21:42 07.10.2025
  • Oxunma sayı: 159
Vlahoviç “Yuventus”u "Bavariya"ya dəyişir

Hazırda “Yuventus”da çıxış edən hücumçu Duşan Vlahoviç karyerasını “Bavariya”da davam etdirə bilər.

90deqiqe.Az "Bild”ə istinadən xəbər verir ki, serbiyalı forvardın xidmətində Bundesliqa klubu maraqlıdır. Münhen klubunun nümayəndələri artıq mümkün transferlə bağlı ilkin danışıqlar aparıblar. 25 yaşlı futbolçunun “qoca sinyora” ilə mövcud müqaviləsi gələn yay başa çatacaq.

Cari mövsümdə Vlahoviç bütün klub turnirlərində 8 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Qeyd olunur ki, oyunçunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir və əvvəlcə onun xidmətində Madrid “Atletiko”su da maraqlı olmuşdu.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı