17 avqust 2026. Bazar ertəsi

Trabzonspor'un skautları Mahir Emrəlini bəyənib


  • Transfer
  • 17:42 11.09.2019
  • Oxunma sayı: 516
Trabzonspor'un skautları Mahir Emrəlini bəyənib

Millimizin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu Türkiyənin “Trabzonspor” klubunun skautları da izləyiblər.

Corner.az-ın “Fotospor”a istinadən verdiyi məlumata görə, Qara dəniz təmsilçisinin nümayəndləri millinin və “Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Bildirilir ki, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.

Qeyd edək ki, Türkiyə mətbuatında daha öncə də “Trabzonspor”un Mahir Emreli ilə maraqlandığı yazılıb.







Transfer