6 dekabr 2025. Şənbə

“Yuventus” “Bavariya”nın müdafiəçisini transfer etmək niyyətindədir


  • Transfer
  • 17:24 08.10.2025
  • Oxunma sayı: 127
“Yuventus” “Bavariya”nın müdafiəçisini transfer etmək niyyətindədir

 "Bavariya"nın müdafiəçi Rafael Gereyru karyerasını İtaliyada davam etdirə bilər. 

90deqiqe.Az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliyanın “Yuventus” klubu yanvarın transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəyir. Turin təmsilçisinin baş məşqçi İqor Tudor müdafiənin cinahını gücləndirmək üçün hərəkətə keçib. İtaliya nəhəngi artıq 31 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

Hazırda Münhen “Bavariya”sı ilə müqaviləsi 2026-cı ilin yayına qədər olan portuqaliyalı futbolçu ilə yeni sözləşmə imzalanması ehtimalı azdır. Buna görə də, yanvar ayında Gereyru ucuz qiymətə transfer edilə bilər.

Cari mövsümdə Bundesliqada əsas heyətdə deyil, əsasən ehtiyatda qalan Rafael Gereyrunun karyerasında “Borussiya” Dortmundda keçirdiyi dövr xüsusilə yadda qalır. O, Bundesliqada 200-dən çox, Fransanın Liqa 1-də 100-dən çox, həmçinin Çempionlar Liqasında 57 oyunda iştirak edib. Gereyru həmçinin müxtəlif mövqelərdə, o cümlədən mərkəz yarımmüdafiəçisi kimi də oynaya bilir. Transfermarkt məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 8 milyon avrodur.







Transfer