- Transfer
- 21:45 14.11.2025
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş böyük ehtimalla qış transfer pəncərəsində klubdan ayrılmayacaq.
90deqiqe.Az "Transfer News Live"yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları portuqaliyalı yarımmüdafiəçini 2025/2026 mövsümünün sonunda, yəni yay transfer dövründə transfer etməyi daha məqsədəuyğun hesab edir.
Mənbəyə görə, səudiyyəlilər düşünür ki, “Mançester Yunayted” müqaviləsinin bitməsinə bir il qalmış Fernandeşi 60 milyon funt sterlinqə (təxminən 70 milyon avro) satmağa razı ola bilər.
Qeyd edək ki, Brunu Fernandeş hazırda “Mançester Yunayted”in kapitanıdır. O, klubun heyətində 298 oyuna çıxıb, bu müddətdə 100 qol vurub və 86 məhsuldar ötürmə edib.