7 dekabr 2025. Bazar günü

“Mançester Yunayted” Rafinyanı transfer hədəfinə alıb


  • Transfer
  • 22:15 08.10.2025
  • Oxunma sayı: 131
“Mançester Yunayted” Rafinyanı transfer hədəfinə alıb

“Barselona”nın vingeri Rafinya İngiltərə Premyer Liqasının aparıcı klublarından biri — “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hesab edir ki, braziliyalı forvardın transferi komandanın həm İngiltərədə, həm də Avropada gücünü bərpa etməsində əsas rol oynaya bilər.

“Mançester Yunayted” braziliyalı futbolçu üçün 120–150 milyon avro aralığında təklif verməyə hazırdır. “Barselona” rəhbərliyinin bir hissəsi klubun maliyyə çətinliklərini nəzərə alaraq bu təklifi qəbul etməyə meylli olsa da, digər tərəf Rafinyanı komandanın liderlərindən biri kimi görür və onun satışına qarşı çıxır.

Qeyd edək ki, Rafinya “Barselona”nın heyətində 151 oyuna çıxıb, bu müddətdə 57 qol vurub və 53 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu əvvəllər İngiltərədə “Lids Yunayted” klubunun da formasını geyinib.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır