Napoli'nin futbolçusu Xose Kalyexon klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
Corner.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Xose Mariya Kilon İtaliya mətbuatına açıqlamasında bildirib: “O, yeni müqavilə imzalaya bilər. Amma hazırda bununla bağlı düşünmək istəmirik. Klub rəhbərliyi ilə yenidən danışımağımız lazımdır. Onlar bizə öz təkliflərini bildiriblər. Ancaq həmin təklif bizi qane etməyib”.
Qeyd edək ki, Kalyexon 2013-cü ildə “Real Madrid”dən “Napoli”yə gəlib.