- Transfer
- 22:00 05.12.2025
"Tottenhem" klubunda çıxış edən braziliyalı hücumçu Riçarlison İngiltərəni tərk edərək ABŞ-a gedə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçunun Amerikada işləmə imkanı yaranıb və “Orlando” klubu Rişarlisonu komandaya cəlb etmək üçün növbəti yay ciddi cəhd göstərəcək.
Cari İngiltərə Premyer Liqası mövsümündə Riçarlison 7 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun bazar qiyməti təxminən 20 milyon avro qiymətləndirilir.