- Transfer
- 22:00 05.12.2025
Almaniyanın “Bavariya” klubunda çıxış edən müdafiəçi Dayo Upamekano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, futbolçu ilə “Mançester Yunayted” və “Liverpul” klubları maraqlanır. Sözügedən klublar artıq 26 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Upamekanonun “Bavariya” ilə mövcud müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub. Buna görə də, fransalı müdafiəçi bu qış transfer dövründə yeni klubla razılığa gələ bilər.
Qeyd edək ki, cari mövsümdə Upamekano 9 oyunda iştirak edib. Onun bazar qiyməti təxminən 50 milyon avro qiymətləndirilir.