- Transfer
- 22:00 05.12.2025
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Milan” portuqaliyalı futbolçunun transferində maraqlıdır. “Rossoneri” klubunun nümayəndələri artıq Silvanın ətrafı ilə əlaqə saxlayaraq onun gələcək planlarını öyrəniblər.
Yay transfer pəncərəsində futbolçu ilə “Yuventus”, “Barselona”, “Benfika” və Səudiyyə Ərəbistanının klubları da maraq göstərsədə bu ayrılıq reallaşmamışdı.
Qeyd edək ki, 31 yaşlı futbolçunun mövcud müqaviləsi cari mövsümün sonunda başa çatır. Transfermarkt portalına görə, Silvanın bazar qiyməti 38 milyon avro olaraq qiymətləndirilir. Yarımmüdafiəçi 2017-ci ildən bəri “Mançester Siti”də çıxış edir.