- Transfer
- 12:47 04.12.2025
“Leypsiq” klubunun oyunçusu Kastello Lyukeba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu uğrunda “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Nyukasl” klubları arasında rəqabət yaranacaq. Sözügedən klublar artıq fransalı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq üçün futbolçunun agenti ilə danışıqlara başlayıblar.
Cari mövsümdə Lyukeba bütün turnirlərdə yeddi oyunda iştirak etsə də, hələlik rəqib qapılarına qol vura bilməyib. Bununla belə, hücumçunun hesabında bir məhsuldar ötürmə var. Fransalının “Leypsiq” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatlarına əsasən, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.