5 dekabr 2025. Cümə

Avropadan vətəninə


  • Transfer
  • 16:59 10.10.2025
  • Oxunma sayı: 107
Avropadan vətəninə

"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını vətənində davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, amerikalı futbolçunun xidmətində MLS-nin iki klubu maraqlıdır.MLS-dən adı açıqlanmayan klubların artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Yay transfer pəncərəsi zamanı Makkenni Türkiyəyə transfer olmağı rədd edib və Turin klubunda qalmağa qərar verib. Lakin hazırda onun müqaviləsinin uzadılması ilə bağlı hər hansı bir razılaşma yoxdur.

27 yaşlı futbolçunun "Yuventus" ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Cari mövsümdə Makkenni bütün turnirlərdə 7 matçda iştirak edib, lakin qol və asistlə fərqlənməyib. Transfermarkt ekspertləri amerikalı futbolçunun dəyərini 22 milyon avro olaraq qiymətləndirirlər.







Transfer