- Transfer
- 12:47 04.12.2025
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyerasını “Real”da davam etdirə bilər.
90deqiqe.Az "Caught Offside"ə istinadən xəbər verir ki, Madrid klubu norveçli futbolçunun mümkün transferini qiymətləndirmək üçün onun nümayəndələri ilə əlaqə saxlayıb.
Mənbənin məlumatına görə, “kral klubu”nun gələn yay böyük büdcəyə sahib olma ehtimalı var. Belə ki, Vinisius Juniorun adı açıqlanmayan bir Səudiyyə Ərəbistanı klubuna 250 milyon avroya satılması gündəmdədir. Bu transferdən əldə ediləcək vəsait “Real Madrid”in Haalandın alınmasına yönəldilə bilər.
Qeyd olunur ki, “Mançester Siti” 25 yaşlı forvardı satmaq istəmir. Onun klubla müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, “Real Madrid” rəhbərliyi Haalandın transferindən imtina etməyi planlaşdırmır.
Norveçli hücumçu 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. O vaxtdan bəri bütün turnirlərdə 155 oyuna çıxaraq 136 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına əsasən, Haalandın bazar dəyəri hazırda 180 milyon avrodur.