5 dekabr 2025. Cümə

“İnter Mayami” Neymarı transfer etmək istəyir


  • Transfer
  • 20:17 11.10.2025
  • Oxunma sayı: 85
“İnter Mayami” Neymarı transfer etmək istəyir

Braziliyanın “Santos” klubunda çıxış edən Neymar karyerasını MLS liqasında davam etdirə bilər.

90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, ABŞ-ın “İnter Mayami” klubu braziliyalını transfer etmək imkanını nəzərdən keçirir. 

Məlumata görə, tərəflər arasında hələ danışıqlar başlanmayıb, lakin futbolçunun nümayəndələri ABŞ klubuna keçidin sərfəli ola biləcəyini bildiriblər — xüsusilə də 2026-cı il dünya çempionatının məhz bu ölkədə keçiriləcəyini nəzərə alaraq.

Hazırda “İnter Mayami” 38 yaşlı Lionel Messi və 38 yaşlı Luis Suareslə müqavilələrin uzadılması üzərində işləyir. Qeyd edək ki, Neymar, Messi və Suares 2014–2017-ci illər arasında “Barselona”da birgə çıxış ediblər. Həmin müddətdə “MSN” trio 364 qol vurub və 173 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer