5 dekabr 2025. Cümə

Səudiyyə klubu Vinisiusun transferi üçün 300 milyon ödəməyə hazırdır


  • Transfer
  • 20:24 11.10.2025
  • Oxunma sayı: 96
Səudiyyə klubu Vinisiusun transferi üçün 300 milyon ödəməyə hazırdır

“Real”ın hücumçusu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə blər.

90deqiqe.Az "Indykalia News"a istinadən xəbər verir ki,  “Əl-Əhli” klubu braziliyalı futbolçunun transferi ilə bağlı Madrid klubu ilə birbaşa danışıqlara başlayıb.

Səudiyyə klubu 25 yaşlı futbolçunun keçidi üçün “kral klubu”na 300 milyon funt sterlinq (təxminən 345 milyon avro) təklif etməyə hazırlaşır.

Transferin 2026-cı ilin yayında baş tutma ehtimalı var — bu, Vinisius “Real Madrid”lə 2027-ci ilin 30 iyununda başa çatan müqaviləsini uzatmadığı təqdirdə reallaşa bilər.

Xatırladaq ki, ötən yay mətbuatda Vinisiusla “Real Madrid” rəhbərliyi arasında yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə olunmadığı bildirilmişdi.

Hazırkı mövsümdə braziliyalı hücumçu bütün turnirlərdə 16 oyunda iştirak edib, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 150 milyon avro təşkil edir.







Transfer