- Transfer
- 12:47 04.12.2025
İngiltərə “Nottingem Forest”in mərkəz müdafiəçisi Murillo karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirə bilər.
90deqiqe.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Münhen klubu 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Almaniya nəhəngi futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq üçün artıq onun agenti ilə əlaqə saxlayıb.
Mənbəyə görə, Murillonun qiyməti 55 milyon avro qiymətləndirilir. Bu, alman klubunun əvvəlcə bəzi futbolçularını satmalı olduğunu göstərir ki, Murillonu ala bilsin.
Braziliyalı futbolçu ilə həmçinin “Çelsi” də yaxından maraqlanır.
Yay transfer pəncərəsində braziliyalı müdafiəçi ilə Madrid “Real”ı da maraqlanmışdı.
Murillo 2023-cü ilin yayından “Nottingem Forest”də çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 5 oyuna çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.