- Transfer
- 12:47 04.12.2025
"Levante"nin hücumçusu Karl Eyonq karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, La Liqa nəhəngi 21 yaşlı forvardı Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.
Mənbənin məlumatına görə, Kataloniya klubu 37 yaşlı polşalı forvardla 2026-cı ilin yayında başa çatacaq müqaviləni uzatmağı planlaşdırmır. Klub rəhbərliyi hesab edir ki, Kamerun millisinin üzvü Eyonq gələcəkdə Ferran Torreslə real rəqabət apara bilər.
"Barselona"nın "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresə də maraq göstərdiyi bildirilir, lakin klubun əsas prioriteti məhz Eyonqdur.
Cari mövsümdə Karl Eyonq La Liqada 7 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Levante" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.