- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted” klubunun rəhbərliyi alman mütəxəssis Tomas Tuxelin komandanın baş məşqçisi vəzifəsinə gətirilməsi ilə bağlı mövqeyini açıqlayıb.
90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki, hazırda İngiltərə millisində çalışan Tuxeli “qırmızı şeytanlar” portuqaliyalı Ruben Amorimin əvəzləyicisi kimi onu gətirməyi planlaşdırmır.
Qeyd edək ki, Tuxel iə İngiltərə milli komandası arasında müqavilə gələn ilin yayına qədər qüvvədədir.
Premyer Liqada 7 turdan sonra “Mançester Yunayted” 10 xal toplayaraq turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Komandanın növbəti matçı isə səfərdə “Liverpul”a qarşı keçiriləcək.