5 dekabr 2025. Cümə

İngiltərə klubu "Real"ın sabiq çalışdırıcısını komandaya gətirə bilər


  • Transfer
  • 22:08 12.10.2025
  • Oxunma sayı: 158
İngiltərə klubu "Real"ın sabiq çalışdırıcısını komandaya gətirə bilər

“Real” və “Liverpul”un sabiq baş məşqçisi Rafael Benites İngiltərə Premyer Liqası təmsilçisi “Nottingham Forest”in diqqət mərkəzinə düşüb.

90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, klub rəhbərliyi yaxın günlərdə baş məşqçi Anqe Postekoqlu ilə yollarını ayırmaq qərarı versə, 65 yaşlı Benites əsas namizədlərdən biri olacaq. Artıq Benitesin agenti ilə ilkin danışıqlar aparılıb və razılıq əldə edilib.

Qeyd edək ki, avstraliyalı mütəxəssis Postekoglu sentyabrın əvvəlində “Nottingham Forest”ə baş məşqçi təyin edilmişdi. O, bu vəzifədə Nunu Eşpiritu Santunu əvəzləmişdi.

Hazırda “Forest” Premyer Liqanın 7 turundan sonra cəmi 5 xal toplayaraq turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda oktyabrın 18-də doğma meydanda “Çelsi” ilə qarşılaşacaq.







Transfer