- Transfer
- 12:47 04.12.2025
İngiltərənin “Liverpul” klubu “Yuventus”un futbolçusu Kənan Yıldızla maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, “Liverpul” skautları 20 yaşlı hücumçunu yaxından izləyir. Klub nümayəndələri futbolçunu Türkiyə millisinin Bolqarıstana qarşı (6:1) keçirdiyi yoldaşlıq görüşündə də müşahidə ediblər. Həmin qarşılaşmada Yıldız dubl edib.
Cari mövsümdə türkiyəli futbolçu “Yuventus”un heyətində 8 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, gənc hücumçuya daha əvvəl “Mançester Yunayted” də maraq göstərib.