- Transfer
- 12:47 04.12.2025
"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo karyerasını "Çelsi" klubunda davam etdirə bilər.
90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, London klubu uruqvaylı futbolçunun xidmətində maraqlıdır. "Zadəganlar" 26 yaşlı futbolçunu 2026-cı ilin yayında heyətinə qatmağa cəhd göstərə bilər.
"Çelsi"nin qış transfer pəncərəsində onun üçün təklif verməsi gözlənilir və artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.
Kataloniya təmsilçisi hazırkı maliyyə vəziyyətinə görə Arauxoya satmağa məcbur qala bilər. Lakin bu qərar klubun 2026-cı ilin yayına qədərki iqtisadi durumundan asılı olacaq.
Cari mövsümdə Ronald Arauxo bütün turnirlər daxil olmaqla 7 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb. Müdafiəçinin "Barselona" ilə qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədər davam edir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.