5 dekabr 2025. Cümə

"Real" Endriki icarəyə göndərə bilər


  • Transfer
  • 20:08 13.10.2025
  • Oxunma sayı: 124
"Real" Endriki icarəyə göndərə bilər

"Real"ın hücumçusu Endrikin qış transfer pəncərəsində başqa kluba icarəyə verilməsi mümkündür.

90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, futbolçu ilə maraqlanan klublardan biri PSJ-dir. Fransız təmsilçisi braziliyalı hücumçunu "Real"a keçməzdən əvvəl də transfer etmək istəyib.

Bununla belə, Madrid klubu 19 yaşlı forvardı PSJ-yə buraxmaq niyyətində deyil. Paris təmsilçisi qış transfer pəncərəsində yenidən heyətinə qatmaq üçün danışıqlara başlayacaq.

Endrikin xidmətlərində "Yuventus", "Real Sosyedad" və "Vest Hem" kimi klubların da maraqlı olduğu qeyd olunur.

Qeyd edək ki, braziliyalı futbolçu cari mövsümdə hələlik "Real"ın heyətində heç bir oyunda meydana çıxmayıb. Gənc hücumçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Endrikin bazar dəyəri 35 milyon avrodur.







Transfer