29 sentyabr 2026. Çərşənbə axşamı

"Tottenhem" "Mançester Yunayted"in gənc yarımmüdafiəçisini istəyir


  • Transfer
  • 20:30 13.10.2025
  • Oxunma sayı: 224
"Tottenhem" "Mançester Yunayted"in gənc yarımmüdafiəçisini istəyir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynu karyerasını "Tottenhem" klubunda davam etdirə bilər.

90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, gənc futbolçunun xidmətində London klubu maraqlıdır. "Spurs" 20 yaşlı futbolçunu qış transfer pəncərsində heyətinə qatmaq üçün artıq agenti ilə danışıqlara da başlayıb.

Lakin bu keçidin reallaşması çətin görünür. “Qırmızı şeytanlar” gənc futbolçunu heyətində saxlamaq niyyətindədir və klubun Maynu ilə bağlı bütün təklifləri rədd edəcəyi gözlənilir.

Mətbuatda daha əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Kobbi Maynu mütəmadi oyun praktikasına sahib ola biləcəyi bir komandada çıxış etmək istəyir.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir