5 dekabr 2025. Cümə

Cordan Pikford “Everton” ilə yeni müqavilə imzalayacaq


  • Transfer
  • 21:12 13.10.2025
  • Oxunma sayı: 142
Cordan Pikford “Everton” ilə yeni müqavilə imzalayacaq

“Everton”un qapıçısı Cordan Pikford klub ilə yeni uzunmüddətli müqavilə üzrə razılığa gəlib.

90deqiqe.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki,  razılaşmanın bütün detalları artıq həll olunub və rəsmi açıqlamanın cari həftə elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Cordan Pikford 2017-ci ildən bəri “Everton”un heyətində çıxış edir. Cari mövsümdə 31 yaşlı qolkiper “ləçəklər”in heyətində 7 oyuna çıxıb və 7 qol buraxıb. Ümumilikdə, Pikford “Everton”un heyətində bütün turnirlərdə 326 oyunda iştirak edib.

Növbəti matçını “Everton” oktyabrın 18-də səfərdə “Mançester Siti” ilə keçirəcək.







Transfer