8 noyabr 2025. Şənbə

Premyer Liqanın iki nəhəngi Gülərin transferi uğrunda yarışa girib


  • Transfer
  • 21:20 13.10.2025
  • Oxunma sayı: 145
Premyer Liqanın iki nəhəngi Gülərin transferi uğrunda yarışa girib

"Real” klubunun yarımmüdafiəçisi Arda Gülər Avropa komandalarının maraq dairəsinə düşüb.

90deqiqe.Az “Transfer News Live”a istinadən xəbər verir ki, “Arsenal” və “Tottenhem” klubları türk futbolçunu heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Sözügedən klublar qış transfer pəncərəsi zamanı 20 yaşlı futbolçunu heyətinə qatmaq üçün artıq onun agenti ilə əlaqə saxlayıb.

Bundan əlavə, “Milan”, Dortmund “Borussiya”, “Leypsiq” və “Nyukasl” da Gülərin xidmətində maraqlıdır.

Cari mövsümdə Arda Gülər “Real”la 10 oyuna çıxaraq 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 60 milyon avrodur.







Transfer

Konate Bundesliqaya qayıda bilər
  • Transfer
  • 15:48 08.11.2025
Konate Bundesliqaya qayıda bilər