- Transfer
- 12:47 04.12.2025
“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər.
90deqiqe.Az “Transfer News Live”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı futbolçunu heyətinə qatmaq üçün müraciət etməyi planlaşdırır.
Məlumata görə, təklif yalnız Salah “Liverpul”dan ayrılmağa hazır olduğunu göstərərsə irəli sürüləcək və danışıqların artıq yanvar ayında başlaya biləcəyi istisna edilmir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində 10 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.