- Transfer
- 12:47 04.12.2025
İngiltərə “Nyukasl”ının yarımmüdafiəçisi Sandro Tonali karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirə bilər.
90deqiqe.Az “Juvelive”ya istinadən xəbər verir ki, Turin təmsilçisi italyan futbolçunu transfer etməyi planlaşdırır.
Turin klubu “sağsağanlar”a öz yarımmüdafiəçisi Tyona Kopmeynersi təklif edərək Sandro Tonalini komandalarına qatmaq istəyir.
Daha əvvəl bildirilib ki, Tonali “Yuventus”un mərkəz yarımmüdafiə üçün prioritet transfer hədəfidir.
Cari mövsümdə 25 yaşlı Tonali İngiltərə Premyer Liqası və Çempionlar Liqasında 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. 27 yaşlı Kopmeyners isə bütün turnirlərdə 7 oyuna çıxmasına baxmayaraq, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.