- Transfer
- 12:47 04.12.2025
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorto karyerasını “Real” klubunda davam etdirə bilər.
90deqiqe.Az “AS”a istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. İspaniya nəhəngi onu yayda klubun əvvəlcə cəlb etməyə çalışdığı Martin Subimendinin alternativi kimi nəzərdən keçirirlər və artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar.
Uortonanın xidmətində “Mançester Yunayted”də maraqlıdır.
Daha əvvəl bəzi KİV-lər “qırmızı şeytanlar”ın futbolçu üçün yayda 60 milyon funt (təxminən 69 milyon avro) təklif etməyə hazır olduğunu yazmışdı.
Cari mövsümdə Uorton bütün turnirlərdə 10 oyuna çıxaraq 1 məhsuldar ötürmə edib. Futbolçunun “Kristal Pelas”la müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına əsasən, Uortonun bazar dəyəri 45 milyon avrodur.