- Transfer
- 12:47 04.12.2025
İtaliya millisinin qapıçısı Canluici Donnarummanın Fransa PSJ-sindən İngiltərə “Mançester Siti”yə transferi İngiltərə Premyer Liqasında (APL) yay transfer pəncərəsinin ən yaxşı əməliyyatı seçilib.
90deqiqe.Az xəbər verir ki, bu nəticə "The Athletic" portalının 20 agent arasında apardığı sorğu əsasında müəyyən edilib.
Sorğuya əsasən, Donnarummanın transferi üçün 5 agent səs verib.
İkinci yeri “Mançester Siti”nin başqa bir transferi tutub – Cek Qrilişin “Siti”dən “Everton”a icarə əsasında keçidi. Bu transferə 4 agent səs verib.
Üçlüyü isə Viktor Qyökeresin “Sportinq”dən “Arsenal”a keçidi tamamlayıb; bu transferə 2 agent səs verib.
Qalan agentlər isə müxtəlif digər transferlər üçün bir səsdən istifadə ediblər.