5 dekabr 2025. Cümə

"Mançester Yunayted" Bellinqhem üçün hərəkətə keçib


  • Transfer
  • 23:48 13.10.2025
  • Oxunma sayı: 141
"Mançester Yunayted" Bellinqhem üçün hərəkətə keçib

“Borussiya Dortmund”un yarımmüdafiəçisi Cob Bellinqhem karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az “Bild”ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində İngiltərə klubu maraqlıdır.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Belinqemin böyük pərəstişkarıdır və onun transferinə kömək edə bilər. Portuqaliyalı mütəxəssis futbolçunun fiziki gücünü yüksək qiymətləndirir və hesab edir ki, Belinqem onun oyun sisteminə ideal şəkildə uyğunlaşacaq.

Lakin İngiltərə klubunu Bellinqhem uğrunda “Kristal Pelas” da rəqabətə girə bilər.

Futbolçu meydanda az iştirak etdiyi üçün komandadan ayrılmaq ehtimalı var.

Cari mövsümdə Belinqem bütün turnirlərdə 13 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Borussiya” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 22 milyon avrodur.







Transfer