- Transfer
- 12:47 04.12.2025
“Real” klubu bu yay transfer etmək istədiyi “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisterin namizədliyi ilə bağlı tərəddüd etməyə başlayıb.
90deqiqe.Az “Defensa Central”a istinadən xəbər verir ki, “kral klubu” argentinalı futbolçunun cari mövsümdəki “zəif startı”ndan sonra ona olan marağını azaldıb. Hazırda Madrid təmsilçisi daha çox Adam Uorton (“Kristal Pelas”), Enso Fernandes (“Çelsi”) və Kis Smitə (“AZ Alkmaar”) üstünlük verir.
Mak Allisterin potensial transferinin qarşısını alan əsas amillərdən biri də onun yüksək qiymətidir. “Liverpul” dünya çempionu yarımmüdafiəçini 100 milyon avro dəyərində qiymətləndirir.
“Real Madrid”in rəhbərliyi isə bildirir ki, klub dünya futbolunun aparıcı liqalarında çıxış edən bütün yarımmüdafiəçiləri diqqətlə izləyir.
Cari mövsümdə 26 yaşlı Mak Allister bütün turnirlərdə 9 oyunda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb. Onun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 100 milyon avro təşkil edir.