- Transfer
- 12:47 04.12.2025
Frankfurt “Ayntraxt”ında çıxış edən müdafiəçi Nataniel Braun Avropanın top klublarının diqqət mərkəzindədir.
90deqiqe.Az “Bild”ə istinadən xəbər verir ki, Madrid “Real”ı, London “Arsenal”ı və “Mançester Siti” gənc futbolçunun transferində maraqlıdır.Sözügedən klublar artıq 22 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıblar.
Alman üdafiəçinin bazar dəyəri 22 milyon avro qiymətləndirilir, onun klubla müqaviləsi isə 2030-cu ilin iyun ayının sonunda başa çatacaq. Cari mövsümdə Braun 8 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
6 turdan sonra “Ayntraxt” Bundesliqa turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.