- Transfer
- 12:47 04.12.2025
"Santos" klubunun hücumçusu Neymar A Seriyasında çıxış etməyə hazırdır.
90deqiqe.Az “ESPN”ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə "İnter" və "Napoli" maraqlanır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Mənbənin məlumatına əsasən, 33 yaşlı hücumçu Braziliya klubu ilə müqaviləsinin 31 dekabrda başa çatmasından sonra qış transfer pəncərəsində Avropaya qayıtmaq variantını nəzərdən keçirir. Neymarın əsas məqsədi Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini təsirləndirmək və 2026-cı il dünya çempionatı ərəfəsində yığmaya qayıtmaqdır.
Qeyd olunur ki, yay aylarında futbolçuya artıq "Milan"a keçid təklifi də olunmuşdu.