- Transfer
- 12:47 04.12.2025
"Mançester Yunayted" dayaq yarımmüdafiəçisi Kazemiro ilə müqavilənin müddətini uzatmaq imkanını istisna etmir.
90deqiqe.Az “ESPN”ə istinadən xəbər verir ki, əgər braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində qalmaq istəyirsə, o, maaşının azaldılmasına razılaşmalıdır. Klub rəhbərliyi David de Xea, Rafael Varan və Markus Reşfordun ayrılığından sonra ümumi maaş büdcəsini azaltmaq siyasətini davam etdirmək niyyətindədir. Hazırda 33 yaşlı futboçu “Mançester Yunayted”də ən yüksək maaş alan futbolçulardan biridir.
Eyni zamanda, futbolçuya Braziliya və Səudiyyə Ərəbistanı klublarından maraq olduğu bildirilir.
Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”in heyətində çıxış edir. Bu mövsüm o, İngiltərə Premyer Liqasında altı oyunda iştirak edib və bir qol vurub. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.